13:15
16°C
Bakı
İngiltərənin “Çelsi” komandasının yeni baş məşqçisinin adı açıqlanıb.
Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Xabi Alonso təyin olunub.
İspaniyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb. London təmsilçisində Liam Rosenyoru əvəzləyən çalışdırıcı yeni işinə iyulun 1-də başlayacaq.
Qeyd edək ki, Xabi Alonso son olaraq ölkəsində çalışıb. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər "Real Madrid"ə başçılıq edib.