Bizi sosial şəbəkələrdən izləyin:
“Mançester Siti” İngiltərə Kubokunun finalında “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib.
Moderator.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən görüşdə yeganə qolu 72-ci dəqiqədə Antuan Semenyo vurub.
Beləliklə, “Mançester Siti” tarixində 8-ci dəfə İngiltərə Kubokunun qalibi olub.
Komanda bu göstəricidə “Çelsi”, “Liverpul” və “Tottenhem”lə eyni pilləyə yüksəlib.
Turnirin rekordçuları isə 14 titulla “Arsenal” və 13 kubokla “Mançester Yunayted”dir.