Azərbaycan güləşçisi Xədicə Qurbanzadə U-17 Avropa çempionatında finala yüksəlib
İdman
209
13 May 2026 | 22:05

Azərbaycan güləşçisi Xədicə Qurbanzadə U-17 Avropa çempionatında finala yüksəlib

Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında finala yüksəlib.

Moderator.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz polşalı Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffa heç bir şans tanımayıb.

Hər iki rəqibini 10:0 hesabıyla üstələyən güləşçimiz yarımfinalda Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovaya qalib gəlib – 4:1. Xədicə sabah finalda ukraynalı Olena Kolubayla güləşəcək.

Məryəm Əmrəli (57 kq) ilkin mərhələdə italiyalı Sara Servedioya (2:8), Nuray Həsənli (65 kq) isə 1/8 finalda türkiyəli Bade Doğana (0:11) məğlub olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər