Bizi sosial şəbəkələrdən izləyin:
“Arsenal” bir mövsüm ərzində qazanılan qələbələrin sayına görə yeni klub rekordu müəyyənləşdirib.
Moderator.az xəbər verir ki, klub İngiltərə Premyer Liqasının 36-cı turunda “West Ham Yunayted” üzərində 1:0 hesablı qələbə qazanaraq 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla artıq 42-ci qələbəsini əldə edib.
Bu nəticə klub tarixinin ən yaxşı göstəricisi hesab olunur. Əvvəlki rekord 1970/1971 mövsümünə məxsus idi. Həmin vaxt “Arsenal” mövsümü 41 qələbə ilə başa vurub.
Hazırda “Arsenal” 79 xalla İngiltərə çempionatının turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komandanın ən yaxın izləyicisi “Mançester Siti” isə 74 xal toplayıb, lakin ehtiyatda bir oyunu var.