Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.
Moderator.az xəbər verir ki, sonuncu gündə daha iki oyun keçiriləcək.
Günün ilk matçında “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edəcək. Hazırda Kurban Berdıyevin kollektivi 56 xalla turnir cədvəlinin 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci - sonuncu pilləsində qərarlaşıb.
Tura “Neftçi” – “Şamaxı” oyunu ilə yekun vurulacaq. Yuri Vernidubun komandası hazırda 50 xalla turnir cədvəlinin 4-cü, Ayxan Abbasovun kollektivi isə 35 xalla 8-ci pillədədir.
Azərbaycan Premyer Liqası
XXXI tur
10 may (bazar)
17:00. “Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu
19:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Palms Sports Arena”
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “İmişli” – “Zirə” (0:0), “Qəbələ” – “Qarabağ” (1:1) oyunları heç-heçə ilə nəticələnib. “Kəpəz” çempion “Sabah”ı 1:0, “Sumqayıt” isə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.