Hamzat Çimayev UFC tarixinin ən peşəkar döyüşçüsünün adını açıqladı
İdman
201
16:50, Bu gün

Hamzat Çimayev UFC tarixinin ən peşəkar döyüşçüsünün adını açıqladı

Orta çəki dərəcəsində UFC çempionu Hamzat Çimayev təşkilatın tarixi ərzində ən peşəkar döyüşçüsünün kimliyi barədə verilən suala maraqlı cavab verib.

Moderator.az "TNT Sports" nəşrinə istinadən xəbər verir ki, o, ən yaddaqalan döyüşçü qismində Con Consun adını çəkib.

Qeyd edək ki, mayın 9-dan 10-na keçən gecə Çimayev Şon Striklendlə döyüşdə öz titulunu müdafiə edəcək. Bu həlledici qarşılaşma Nyuarkda baş tutacaq UFC 328 turnirinin əsas yarışı olacaq. Daha əvvəl Striklend hazırkı çempionu çəkiölçmə prosedurundan kəsilməkdə ittiham etmişdi.

Xatırladaq ki, Hamzat Çimayev MMA karyerası ərzində keçirdiyi 15 döyüşün hər birindən qələbə ilə ayrılıb. Onun rəqibi Şon Striklendin aktivində isə 30 qələbə və yeddi məğlubiyyət yer alır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər