UEFA Konfrans Liqasının finalçıları bəlli oldu
İdman
238
08:25, Bu gün

UEFA Konfrans Liqasının finalçıları bəlli oldu

UEFA Konfrans Liqasının finalçıları bəlli olub.
 
Moderator.az xəbər verir ki, yarımfinal mərhələsində Türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi Ukraynanın “Şaxtyor” komandası İngiltərə təmsilçisi “Kristal Pelas”ın qonağı olub.
 
Görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında ilk qarşılaşma da “Kristal Pelas”ın 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
 
Digər yarımfinal oyununda Fransanın “Strasburq” klubu İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Bu görüşdə də qonaqlar minimal hesablı qələbə qazanıb – 1:0.
 
Komandalar arasında ilk matçda da La Liqa təmsilçisi eyni hesabla üstün olmuşdu.
 
Beləliklə, UEFA Konfrans Liqasının finalında “Kristal Pelas” və “Rayo Valyekano” komandaları qarşılaşacaq.
 
Qeyd edək ki, final matçı mahın 27-də Almaniyanın Leyptsiq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər