Mourinyo
İdman
119
21:20, Bu gün

Mourinyo "Real Madrid"ə qayıdır?

Madridin "Real" klubunun prezidenti Florentino Peres hazırda Portuqaliyanın "Benfika" komandasına rəhbərlik edən Joze Mourinyo ilə mütəxəssisin kluba mümkün qayıdışını müzakirə edib.

Moderator.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilib ki, təxminən bir saat davam edən görüş videokonfrans formatında baş tutub. Məlumata görə, Mourinyo "Real"a qayıtmaq variantını rədd etməsə də, hələlik yekun qərarını verməyib.

Nəşr qeyd edir ki, portuqaliyalı mütəxəssis maliyyə şərtlərindən ziyada, daha çox idman, tibb, təşkilati və intizam məsələlərini əhatə edən bir sıra tələblər irəli sürüb. Gələn həftə Peresin bu şərtlərlə bağlı öz mövqeyini açıqlayacağı gözlənilir.

Xatırladaq ki, hazırda 63 yaşı olan Joze Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"in baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğu ilə yanaşı, ölkə Kuboku və Superkubokunu qazanıb. Təcrübəli mütəxəssis 2025-ci ilin sentyabrında "Benfika"nın baş məşqçisi təyin edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər