David Raya Premyer Liqada mövsümün ən yaxşı qapıçısı oldu
İdman
215
15:35, Bu gün

David Raya Premyer Liqada mövsümün ən yaxşı qapıçısı oldu

İngiltərə Premyer Liqasında “qızıl əlcək” mükafatının qalibi müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, mövsüm ərzində ən çox “quru oyun” keçirən qapıçı adına “Arsenal”ın qolkiperi David Raya sahib çıxıb.
 
Turnirin mətbuat xidmətinin yaydığı məlumata görə, 30 yaşlı ispaniyalı qapıçı ardıcıl üçüncü dəfə bu mükafata layiq görülüb.
 
Raya bu uğurla Premyer Liqada sabit çıxışı ilə seçilən qapıçılar sırasında yerini daha da möhkəmləndirib.
 
Qeyd edək ki, ispaniyalı qapıçı 2023-cü ildən London təmsilçisinin formasını geyinir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər