Dünya çempionatında sarı vərəqə qaydaları dəyişir
İdman
159
16:10, Bu gün

Dünya çempionatında sarı vərəqə qaydaları dəyişir

Futbolçuların pley-off mərhələsinin həlledici oyunlarını buraxma riskini minimuma endirmək məqsədilə dünya çempionatında qrup mərhələsinin, eləcə də 1/4 finalın yekunlarına əsasən bütün sarı vərəqələrin ləğv edilməsi planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi edəcəkləri turnirdə toplanmış xəbərdarlıqlara görə veriləcək cəzalarla bağlı yeni qaydalar çərşənbə axşamı Vankuverdə keçiriləcək FIFA şurasının iclasında müzakirəyə çıxarılaraq təsdiqlənməlidir.

Xatırladaq ki, əvvəlki dünya çempionatlarında sarı vərəqələr yalnız 1/4 final mərhələsindən sonra "sıfırlanırdı". Lakin turnirdə iştirak edəcək komandaların sayının 32-dən 48-ə qədər artırılmasını nəzərə alan ali futbol qurumu cəzalı vəziyyətə düşmə hallarının sayını azaltmaq üçün bu qaydalara dəyişiklik etmək niyyətindədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər