Lamin Yamalın mundialın ilk matçlarında oynamaması üçün İspaniya yığmasına müraciət edilib
İdman
201
16:50, Bu gün

Lamin Yamalın mundialın ilk matçlarında oynamaması üçün İspaniya yığmasına müraciət edilib

İspaniya millisinin futbolçusu Lamin Yamalın bu il keçiriləcək dünya çempionatının ilk iki oyunu üçün heyətə daxil edilməməsi xahiş olunub.

Moderator.az yerli "sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bununla bağlı yığmaya müraciət edib.

Son ölkə çempionu 18 yaşlı vingerin sağlamlığına görə narahatdır.

"Barselona" onun Kabo-Verde və Səudiyyə Ərəbistanı ilə matçları buraxmasının tərəfdarıdır. Klub rəhbərliyinin fikrincə, bu, Yamalın zədəsinin ağırlaşmasının qarşısını alacaq. Onun mundialda debütü Uruqvay ilə oyuna təsadüf edə bilər. Lakin son qərar futbolçunun sağalmasından asılıdır.

Xatırladaq ki. Lamin Yamal La Liqanın XXXIII turunda "Selta"ya qalib gəldikləri (1:0) matçda zədələnib. Bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər