19:09
12°C
Bakı
Ukrayna Ali Radası hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha 90 gün müddətinə uzadıb.
Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Qeyd edilib ki, müvafiq hüquqi rejim ən azı avqustun 2-nə qədər qüvvədə olacaq. Bu, genişmiqyaslı münaqişənin başlamasından bəri parlamentin sözügedən məsələlər üzrə artıq 19-cu səsverməsidir.
Qərarı Ukrayna parlamentinin 315 deputatı dəstəkləyib.