“Neftçi”dən son 15 mövsümün rekordu
İdman
304
11:45, Bu gün

“Neftçi”dən son 15 mövsümün rekordu

Azərbaycan Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyununu 9500 tamaşaçı izləyib.
 
Moderator.az xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.
 
“Ağ-qaralar”ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/11 mövsümündə qeyd alınıb. 2011-ci il fevralın 13-də “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.
 
Qeyd edək ki, “Palms Sports Arena”dakı görüşdə qonaqlar qalib gəlib – 5:1.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər