Azərbaycanın İraqdakı səfiri bu ölkənin XİN müavini ilə görüşdü
Siyasət
201
14:49, Bu gün

Azərbaycanın İraqdakı səfiri bu ölkənin XİN müavini ilə görüşdü

Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov bu ölkənin xarici işlər nazirinin çoxtərəfli və hüquqi məsələlər üzrə müavini Şors Xalid Səid ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə diplomat sosial media hesabında məlumat paylaşıb.
 
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri və iki ölkə arasında hüquqi-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olunub.
 
"Aprelin 27-də İraqın xarici işlər nazirinin müavini cənab Şors Xalid Səid ilə görüşməkdən məmnunluq duydum. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hüquqi-müqavilə bazasının genişləndirilməsi məsələlərini müzakirə etdik", - səfir qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər