Lamin Yamal azarkeşlərə müraciət etdi
İdman
156
22:10, Bu gün

Lamin Yamal azarkeşlərə müraciət etdi

"Barselona"nın vingeri Lamin Yamal dizaltı vətər zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxacağı məlum olduqdan sonra sosial şəbəkə hesabında paylaşım edib.

Moderator.az xəbər verir ki, vinger İspaniya çempionatının 33-cü turunda "Selta" ilə matçda (1:0) zədələnib.

"Bu zədə məni meydanda olmaq istədiyim bir vaxtda ondan kənarda qoyur. Yoldaşlarımla birlikdə mübarizə apara, komandaya ehtiyacı olduğu anda kömək edə bilməyəcəyim üçün yaşadığım bu ağrını izah belə edə bilmirəm. Amma onlara inanıram və bilirəm ki, hər matçda var-gücləri ilə mübarizə aparacaqlar.

Meydanda olmasam da, komandanın yanında olacağam. Onları dəstəkləyəcəyəm və onlarla birlikdə sevinəcəyəm. Bu, son deyil, sadəcə bir fasilədir. Daha güclü, hər zamankından daha böyük istəklə qayıdacağam və növbəti mövsüm daha yaxşı olacaq. Mesajlarınıza görə təşəkkür edirəm", - deyə L.Yamal yazıb.

L.Yamal cari mövsümdə bütün turnirlərdə 45 oyun keçirib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər