İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bəyan edib ki, Tehranın nüvə proqramı məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil.
Moderator.az bu barədə ISNA agentliyinə istinadən xəbər verir.
İ.Bəqai qeyd edib ki, danışıqların əvvəlki raundlarında müzakirələr İranın nüvə proqramı üzərində cəmləşsə də, indiki şəraitdə bu, qeyri-mümkündür.
XİN rəsmisi vurğulayıb ki, hazırda əsas mövzu münaqişənin Tehranın maraqlarına cavab verəcək şəkildə dayandırılmasıdır.
İ.Baqai həmçinin bildirib ki, danışıqların mövzuları vəziyyətin dəyişməsindən asılı olaraq tənzimlənəcək. Onun sözlərinə görə, İran üçün sanksiyaların ləğvi, təzminat ödənilməsi və hücum etməməyə dair təminatların istənilən sazişə daxil edilməsi prinsipial əhəmiyyət kəsb edir.