İdman
326
16:30, Bu gün

"Barselona" Lamin Yamalın mövsümü erkən başa vurduğunu açıqlayıb

"Barselona"nın vingeri Lamin Yamal İspaniya La Liqasının XXXIII turunda "Selta" ilə keçirilən matçda zədələnib.

Moderator.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu 1:0 hesabı ilə başa çatan görüşdə sol ayağının bud nahiyəsindən xəsarət alıb.

Müayinələr nəticəsində onun dizaltı vətərinin zədələndiyi təsdiqlənib. İspaniyalı hücumçu cari mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Klubun tibbi heyəti tərəfindən Yamalın konservativ müalicə alacağını bildirib.

Gənc vingerin 2026-cı il dünya çempionatına qədər tam bərpa olunacağı gözlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər