Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib
Siyasət
198
20:20, Bu gün

Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov ilə görüşüb.

Moderator.az xəbər verir ki, E.Qasımov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksəksəviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm", - deyə o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər