FIFA qadın millilərin yeni reytinq siyahısını təqdim etdi: Azərbaycan neçənci sıradadır?
İdman
157
22:17, Bu gün

FIFA qadın millilərin yeni reytinq siyahısını təqdim etdi: Azərbaycan neçənci sıradadır?

FIFA qadın futbolçulardan ibarət milli komandalar üçün ilin ilk reytinq cədvəlini açıqlayıb.

Moderator.az xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət yığma komandası dünya reytinqindəki əvvəlki mövqeyini qoruyub saxlayıb.

Baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi milli komandamız aktivindəki 1317.17 xalla siyahıda 74-cü pillədə qərarlaşmaqda davam edir.

Qeyd edək ki, açıqlanan son reytinq siyahısına 2083.09 xala malik İspaniya yığması liderlik edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər