İspaniya Kral Kubokunun qalibi müəyyənləşdi
İdman
463
10:22, Bu gün

İspaniya Kral Kubokunun qalibi müəyyənləşdi

İspaniya Kral Kubokunun finalında "Atletiko Madrid" və "Real Sosyedad" komandaları üz-üzə gəlib.
 
Moderator.az xəbər verir ki, "La Kartuja" stadionunda keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.
 
Uzatma dəqiqələrində də davam edən bərabərlik penaltilər seriyasında pozulub. "Real Sosyedad" "Atletiko Madrid"i penaltilərdə 4:3 hesabı ilə məğlub edərək kuboku qazanıb.
 
"Real Sosyedad" tarixində dördüncü dəfə Kral Kubokunu başı üzərinə qaldırıb. Klub kuboka sonuncu dəfə 2019-20 mövsümündə sahib olmuşdu.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər