Türkiyənin Bolu şəhərində davam edən şantaj cinayəti üzrə məhkəmə iclasında sarsıdıcı iddialar səsləndirilib. Bələdiyyə əməkdaşı Öznur Ç., vəzifədən kənarlaşdırılan bələdiyyə sədri Tanju Özcan ilə bağlı rəsmi ifadəsində biabırçı məqamlara toxunub.
Moderator.az xəbər verir ki, Öznur Ç. bələdiyyəyə daxil olan bir səs yazısından sonra Tanju Özcanın onu yanına çağırdığını bildirib. O, işdən çıxarılmaq qorxusu ilə bu görüşə razı olduğunu və bələdiyyə sədri ilə ünsiyyət qurmağa məcbur qaldığını iddia edib.
"SÜRÜCÜSÜNÜN YANINDA BİRLİKDƏ OLDUQ"
Məhkəmə iclasına damğa vuran ən qalmaqallı məqam isə qapalı iclasda verilən ifadə olub. Öznur Ç. hadisənin təfərrüatını belə nəql edib:
"Məni istirahət mərkəzinə Tanju Özcanın sürücüsü apardı. Orada spirtli içki qəbul edən zaman Tanju Özcanla birlikdə olduq. Cinsi əlaqədə olduğumuz əsnada sürücüsü də yanımızda idi və bizi izləyirdi."

20 MİLYONLİQ ŞANTAJ VƏ HƏBS QƏRARI
Cinayət işinin materiallarına görə, Özcanın bələdiyyə işçisi Öznur Ç.-yə göndərdiyi mesajlar qadının keçmiş sevgilisi Mehmet Eren Akgüneyin əlinə keçib. Akgüney bu mesajların yayılmaması müqabilində bələdiyyə sədrindən 20 milyon lirə (təxminən 1 milyon manat), lüks avtomobil və obyekt tələb edib.
Hazırda Tanju Özcan həm "şikayətçi", həm də "təqsirləndirilən şəxs" qismində prosesdə iştirak edir. Qeyd edək ki, o, başqa bir cinayət işi - "vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət alma (irtikap)" maddəsi ilə artıq həbs edilib və Daxili İşlər Nazirliyi tərəfindən bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb.
Cinayət işində həmçinin "Boluspor" klubunun prezidenti və bir bələdiyyə məclis üzvünün də şantajda vasitəçilik etdikləri iddia olunur. Tanju Özcanın özü haqqında isə "şantaj" maddəsi ilə 3 ilə qədər həbs cəzası istənilir. /Musavat.com/