Ulduz müdafiəçinin
İdman
273
17:35, Bu gün

Ulduz müdafiəçinin "Real Madrid" karyerası başa çatır - FOTO

"Real Madrid" klubunun ulduz müdafiəçisi David Alabanın mövsümün sonunda İspaniya nəhəngi ilə yollarını tamamilə ayıracağı dəqiqləşib.

Moderator.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata əsasən, Madrid rəhbərliyi avstriyalı futbolçu ilə bu yay başa çatacaq olan mövcud müqavilənin müddətini uzatmamaq qərarına gəlib.

Gələcəyi maraqla gözlənilən təcrübəli müdafiəçiyə artıq indidən bir neçə fərqli klub tərəfindən təkliflərin göndərildiyi bildirilir.

Qeyd edək ki, David Alaba 2021-ci ilin yayından "Real Madrid"in uğurları üçün forma geyinir. Vaxtilə Almaniyanın "Bavariya" klubundan transfer olunan 33 yaşlı futbolçu cari mövsüm ərzində bütün turnirlər daxil olmaqla cəmi 13 qarşılaşmada yaşıl meydanda mübarizə apara bilib.

Ulduz müdafiəçinin Real Madrid karyerası başa çatır - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər