Bizi sosial şəbəkələrdən izləyin:
"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunda "Sabah"la keçiriləcək oyuna gəlmək istəyən azarkeşlərinə müraciət edib.
Moderator.az xəbər verir ki, Ağdam klubu xanım azarkeşlərinin və stadiona "Qarabağ" forması ilə gələcək fanatlara biletlərin pulsuz veriləcəyini daha əvvəl açıqlamışdı.
Bildirilib ki, istənilən halda stadiona giriş biletlə olacaq. Forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunur, amma bilet mütləq əvvəlcədən götürülməlidir. Xanım azarkeşlər üçün giriş pulsuzdur, lakin bilet əldə etmək vacibdir.
Biletləri 17, 18 aprel tarixlərində Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından və klubun Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopundan əldə etmək mümkündür.
Qeyd edək ki, qarşılaşma aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.