“Uşaqların vətənpərvərlik tərbiyəsinin dövlət siyasətinin məqsədlərinə daxil edilməsi alqışlanmalıdır”
Ekskluziv
241
14:08, Bu gün

“Uşaqların vətənpərvərlik tərbiyəsinin dövlət siyasətinin məqsədlərinə daxil edilməsi alqışlanmalıdır”

“Uşaqların vətənpərvərlik tərbiyəsinin dövlət siyasətinin məqsədlərinə daxil edilməsi alqışlanmalıdır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, “Uşaq hüquqları haqqında” qanuna edilən bu yenilik uşaqlar arasında vətənpərvərlik təbliğatının daha geniş vüsət almasına səbəb olacaq ki, bu da mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir:

“Vətənpərvərlik tərbiyəsinin “Uşaq hüquqları haqqında” qanunda öz əksini tapması olduqca mühüm və əhəmiyyətli bir addımdır. Bu yenilik hər şeydən öncə cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksəlməsinə, gələcək nəsillərin öz əcdadlarının qəhrəmanlıq ruhunda tərbiyəsinə hesablanıb. Məlum yenilik eyni zamanda dövlətimizin, Azərbaycan Respublkasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımızın mənəvi dəyərlər sisteminə, onun gələcəyinə, gənclərimizin vətənpərvərlik tərbiyəsinə necə böyük önəm verdiyini göstərir.

Vətənpərvərlik tərbiyəsinin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi tarixi bir hadisədir və bu reallıq dövlət qurumları ilə yanaşı, cəmiyyətimizin hər bir fərdinin, xüsusilə də təhsil müəssisələrinin, gənclər təşkilatlarının, QHT-lərin üzərinə mühüm vəzifələr qoyur. Hər bir əlaqədar qurum və şəxs bu yeniliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərməli, uşaqlar və gənclər arasında vətənpərvərlik tərbiyəsinin güclənməsi üçün əlindən gələni əsirgəməməlidir.

Unutmaq olmaz ki, Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, dövlətimizin ghələcəyi, xalqımızın təhlükəsizliyi gənclərimizin vətənpərvərlik ruhundan, vətənə, torpağa bağlılıq səviyyəsindən bilavasitə asılıdır. Gənclərimiz 44 günlük Vətən müharibəsində olduğu kimi bundan sonra da respublikamızı, onun müstəqilliyini və suverenliyini qorumağa hazır olmalı, öz vətənpəvərlikləri, qəhrəmanlıqları ilə dünya xalqlarını heyrətləndirməkdə davam etməlidirlər.

Bu baxımdan, “Uşaq hüquqları haqqında” qanuna edilən dəyişikliklər təqdirəlayiqdir və biz bu dəyişikliklərin müsbət nəticələrini yaxın gələcəkdə mütləq şəkildə görəcəyik”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər