Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO
İdman
282
18:40, Bu gün

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO

"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı oyunçusu seçilib.

Moderator.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

Münhen təmilçisi cavab oyununda "Real Madrid"i 4:3 hesabı ilə məğlub edib, M.Olise isə qələbə qolunun müəllifi olub.

Həftənin ən yaxşı oyunçusu siyahısında ikinci yeri PSJ-nin hücumçusu Usman Dembele tutub. Üçüncü yer "Arsenal"ın yarımmüdafiəçisi Martin Subimendiyə, dördüncü yer isə "Barselona"nın yarımmüdafiəçisi Dani Olmoya verilib.

Qeyd edək ki, M.Olise Çempionlar Liqasının cari mövsümündə 11 matçda iştirak edib, dörd qol vurub və yeddi məhsuldar ötürmə edib.

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər