Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib
1818
19 Apr 2025 | 15:45

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib.
 
Moderator.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar.
 
Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər.
 
Azərbaycan çempionatına sabah yekun vurulacaq.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər