Millimizin üzvü oynadı, komandası məğlub oldu
357
14 Apr 2026 | 11:58

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" Albaniya çempionatında 31-ci turun matçına çıxıb.

Bizim.Media xəbər verir ki, İsgəndərlinin komandası səfərdə "Elbasani" ilə qarşılaşıb və rəqibinə uduzub.

Meydana start heyətində çıxan Vüsal 62-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Partizani" 30 tura 44 xal toplayıb və 5-ci pillədədir.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər