Azərbaycanla Qırğızıstan arasında hərbi təhlükəsizlik məsələləri müzakirə edilib - FOTO
Hərb
194
20:40, Bu gün

Azərbaycanla Qırğızıstan arasında hərbi təhlükəsizlik məsələləri müzakirə edilib - FOTO

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimov qırğızıstanlı qonaqlarla görüşüb.

​Görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib və daxili təhlükəsizlik mövzusunda brifinq təqdim olunub.

Tərəflər ölkələrimiz arasında hərbi təhlükəsizliyə dair əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.

Bununla yanaşı, görüşdə sözügedən istiqamətdə aktual mövzulardan danışılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

​Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər