23:12
7°C
Bakı
Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı ABŞ, Polşa və Slovakiya da iştirak edir. Təlimdə 529 nəfər şəxsi heyət, 21 hava gəmisi fəaliyyət göstərir.
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd "Su-25" hərbi təyyarəsi də təlimdə iştirak edir. Bugünki təlim günündə azərbaycanlı pilotlar qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstəriblər.
Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.