ABŞ
Dünya
206
14 Apr 2026 | 23:05

ABŞ "Kataib Hizbullah" təşkilatının baş katibi barədə məlumata görə 10 milyon dollar mükafat təklif edib - FOTO

ABŞ "Kataib Hizbullah" təşkilatının baş katibi Əhməd əl-Həmidavi barədə məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat təklif edib.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat verib.

"Günahsız mülki şəxslər öldürülüb, ABŞ vətəndaşları oğurlanıb və müxtəlif obyektlərə hücumlar edilib. Bu əsasda əl-Həmidavi barədə məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edirik", - deyə bəyanatda qeyd olunub.

"Kataib Hezbollah" 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsindən sonra yaradılmış şiə silahlı qruplaşmasıdır. Təşkilat fəaliyyətində Livanın "Hizbullah" hərəkatının modelindən istifadə edir və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsi ilə əlaqələndirilir.

ABŞ Kataib Hizbullah təşkilatının baş katibi barədə məlumata görə 10 milyon dollar mükafat təklif edib

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər