Azərbaycanın konsulu İranda faciəvi şəkildə HƏLAK OLDU – XİN-dən RƏSMİ AÇIQLAMA
Hadisə
1152
23 May 2026 | 22:48

Azərbaycanın konsulu İranda faciəvi şəkildə HƏLAK OLDU – XİN-dən RƏSMİ AÇIQLAMA

Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil Rza oğlu İmranov xidməti fəaliyyətini yerinə yetirərkən faciəvi şəkildə dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.

Rəsmi məlumata görə, diplomat Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında idarə etdiyi xidməti avtomobillə ağır yol-nəqliyyat qəzasına uğrayıb. Qəza nəticəsində konsul Ramil İmranov həlak olub.

Xarici İşlər Nazirliyi baş vermiş ağır qəza ilə bağlı başsağlığı bəyanatı yayıb:

"Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Allah rəhmət eləsin!"

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər