20:35
18°C
Bakı
Qardaşını bıçaqlamaqda təqsirləndirilən Rasim Qafarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarı ilə R.Qafarov təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prosesin əvvəlki mərhələsində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin dörd il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Rasim Qafarova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə rəsmi ittiham irəli sürülmüşdü.(oxu.az)