Şəmkirdə divar iki nəfərin üstünə uçdu, biri öldü
Hadisə
247
09:00, Bu gün

Şəmkirdə divar iki nəfərin üstünə uçdu, biri öldü

Şəmkirdə divar uçqunu zamanı ölən və xəsarət alanın kimliyi məlum olub.
 
Moderator.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən Göygöl rayon sakini, 44 yaşlı İlqar Quliyevdir.
 
Xəsarət alan isə Şəmkir rayonu Yeni Yol kənd sakini, 53 yaşlı Ələddin Bayramovdur.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
Şəmkirdə bədbəxt hadisə baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.
 
Belə ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman torpaq tikilmiş divar uçub.
 
Nəticədə iki nəfər uçmuş mişar daşlarının altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.
 
Bir nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Digər şəxs isə huşsuz vəziyyətdədir və hazırda onun xilas edilməsi istiqamətində xilasedicilər tərəfindən tədbirlər həyata keçirilir.
 
Həmin şəxslərin kimlikləri dəqiqləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır /Lent.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər