Armatur biznesi adı ilə 190 minlik dələduzluq edən 4 nəfər TUTULDU
Hadisə
219
15:35, Bu gün

Armatur biznesi adı ilə 190 minlik dələduzluq edən 4 nəfər TUTULDU

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar.
 
Araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.
 
Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.
 
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir. /Lent.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər