Ağcabədidə ağır qəza: ölən və xəsarət alanlar var
Hadisə
370
08:52, Bu gün

Ağcabədidə ağır qəza: ölən və xəsarət alanlar var

Ağcabədidə bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.
 
Belə ki, Laçın rayon sakini Quliyev Bakir Möhbalı oğlunun idarə etdiyi 41 BE 893 dövlət nömrəli avtomobil Yevlax rayon sakini Bədəlov Azər Pənah oğluna məxsus “KamAz” markalı yük avtomobili ilə toqquşub.
 
Nəticədə “VAZ”ın sürücüsü B.Quliyev hadisə yerində ölüb.
 
Maşında olan digər sərnişinlər 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
“VAZ” markalı avtomobilin sürücüsü həyatını itirən Bakir Quliyev baytarlıq həkimi olub.
 
“KamAz” markalı avtomobil isə Ağcabədi rayonunda baş vermiş Kür çayında uçan bəndin bərpası üçün Yevlax rayonundan ezam olunan sürücülərdən biri olub.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər