Qəzada xəsarət alan piyadanı yol polisi xəstəxanaya çatdırdı - VİDEO
Hadisə
210
18:26, Bu gün

Qəzada xəsarət alan piyadanı yol polisi xəstəxanaya çatdırdı - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində piyadanı maşın vurub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Moderator.az-a verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Heydər Əliyev prospekti, mərkəz istiqamətində qeydə alınıb. Yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub.

Qəzada xəsarət alan piyada yol polisi əməkdaşları tərəfindən "Yeni Klinika"ya çatdırılıb.

"Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər. Piyadalar diqqətli olmalı və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər", NİİM-dən bildirilib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər