17:09
16°C
Bakı
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Moderator.az-ın məlumatına görə, Gəncə şəhərində yerləşən dəri sexlərindən birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradakı elektrik mühərriklərinin mis sarğılarını, ümumi dəyəri 2 000 manat olan əşyaları oğurlaması barədə polisə məlumat daxil olub.
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb.
Dindirilmə zamanı M.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.(oxu.az)