17:31
15°C
Bakı
Almaniyanın Saar federal torpağında yerləşən Fölklingen şəhərində mərkəzi vağzalın yaxınlığında partlayış baş verib, nəticədə bir nəfər həlak olub, dörd nəfər ağır xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb.
"Hadisə yerinə gələn polis əməkdaşları bir nəfərin həlak olduğunu və dörd nəfərin ağır yaralandığını müəyyən ediblər. Hadisənin baş vermə səbəbləri araşdırılır", - məlumatda qeyd olunub.
Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə aprelin 18-i gecə baş verib.