Latın Amerikasında gərginlik artır - Kolumbiya prezidentindən ABŞ-yə MESAJ
Dünya
161
16:09, Bu gün

Latın Amerikasında gərginlik artır - Kolumbiya prezidentindən ABŞ-yə MESAJ

üzləşəcək".
 
Moderator.az xəbər verir ki, bu xəbərdarlığı rəsmi Vaşinqtona "El Pais" nəşrinə müsahibəsində Kolumbiya Prezidenti Qustavo Petro edib.
 
O, müsahibəsində ABŞ-nin narkotik alveri ilə mübarizədən siyasi alət kimi istifadə etdiyini bildirib. Qeyd olunub ki, Vaşinqton bu vasitə ilə arzuolunmaz şəxsləri təqib edə və onlara hədə-qorxu gələ bilər.
 
"Məni ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsinin siyahısına daxil edəndə anladım ki, narkotik dövriyyəsinə qarşı mübarizə vasitəsi artıq siyasi bir alətə çevrilib. Bu, fərqli siyasi baxışları ifadə edənlərə qarşı bir təzyiq mexanizmi kimi tətbiq olunur. Səni təqib edir və Maduro kimi ABŞ-yə aparılacağınla hədələyirlər. Bu sistem bir neçə əsr əvvəl İspaniya kralının qurduğu sistemə bənzəyir. Bəs Latın Amerikasının buna cavabı necə oldu? Üsyan! Əgər ABŞ hökuməti Latın Amerikası ilə münasibətlərini yenidən dəyərləndirmək iqtidarında olmasa, indi də eyni hadisə baş verəcək", - deyə Kolumbiya prezidenti vurğulayıb.
 
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər