“Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılması və s. ilə bağlı yeniliklərə hazırlayır…”
Oxunub: 4515
11 Aug 2021 | 19:04
“Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılması və s. ilə bağlı yeniliklərə hazırlayır…”
Onlara dolayısıyla anladırlar ki, artıq belə yaşamaq olmaz, qonşularla normal dolanıb inkişaf etmək lazımdır…”
 
“Mütəmadi olaraq  Ermənistanın “Horizonto”, “Şant” və “Epikentron” telekanallarını izləyirəm... Artıq yenidən baş nazir seçilmiş  Nikol Paşinyanın qalib gəldiyi  20 iyun parlament seçkilərindən öncə Ermənistan müxalifəti Zəngəzur dəhlizi  məsələsində çox aqressiv idi. Bu da, təbii  ki, erməni cəmiyyətinin ümümi ab-havasına da təsir göstərirdi. Hətta Naxçıvana yol açılmasının xeyrinə söz söyləyən ermənilərin dilinin kəsilməsi məsələsi də qoyulmuşdu. Və ümumiyyətlə, radikal, irqçi müxalifətçilər “Zəngəzur” sözünün işlənməsinin də əleyhinə idilər, deyirdilər ki, nə “Zəngəzur”, o torpaqların qədim erməni adı “Sünik”dir...”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan parlamentinin sabiq deputatı Qərbi Azərbaycanda doğulub boya-başa çatmış, işləmiş Maksim Musayev söyləyib.
 
“Amma ədalət naminə demək gərəkdir ki, Paşinyan komandası elə seçkilərdən əvvəl də Zəngəzur yolu məsələsini Ermənistanın gələcəyi üçün ağıllı şəkildə həll etməyə çalışırdı. O cümlədən çalışırdılar ki, Ermənistandakı və xüsusən Zəngəzurdakı ermənilərin bu problemə baxışında müsbət dəyişiklik  formalaşdırsınlar.  Yadınızdadırsa,  Paşinyan Zəngəzurdakı kilsələrdən birinə gedəndə ibadətgahın keşişi onun salamını almadı və ondan  kilsədən çıxmasını tələb etdi. Sonradan həmin keşiş, demək olar ki, kilsədən qovuldu. Bundan sonra Paşinyan tərəfdarı olan jurnalistlər yerli əhaliyə, yəni Zəngəzurun həmin ərazisindəki ermənilərə bəhs edilən  keşişin buraya qonaq gəlmiş Paşunyana, ölkənin faktiki liderinə qarşı özü də “bizim üçün müqəddəs bir məkan olan kilsədə” bu cür davranışına necə qriymət vermələri haqda  sual etdilər. Sorğuda iştirak edən  ermənilərin, demək olar ki, hamısı buna mənfi münasibət bildirərək Sünik əhlinin qonaqprəvər olmasını vurğulayıb. İstər sovet dövründə, istərsə də son onilliklərdə buraya gələn qonaqların və xüsusən dövlət, hökumət adamlarının  yüksək səviyyədə qarşılandığı bildirilib.  Növbəti dəfə Sünikə gedəndə də Paşinyanı qovmağa cəhd etdilər.  Nikol buna yenə dözdü. Və yavaş-yavaş Zəngəzurdakı ermənilərin Paşinyana qarşı olma tendensiyası zəiflədi.  Paşinyanın tərəfdarları Zəngəzurda onun təbliğatıyla bağlı xeyli iş apardılar.  Nəticədə Sünikdəki seçki dairələrindən Paşinyan üçün xeyli səs toplandı... Və eks-prezidentlər  Köçəryan və Sərkisyanın tərəfdarları olan namizədlərə səsvermə zamanı saxtakarlıqlara yol verildi. Ona görə də bir neçə vəzifəli şəxs həbs olundu” - deyə keçmiş Qərbi Azərbaycan sakini olan sabiq deputat bildirib. 
 
Bir sözlə, hesab edirəm ki, son vaxtlar erməni cəmiyyətində aqressivlik getdikcə səngiməyə başlayıb. Məsələn,  əvvəllər “Şuşi” yox, “Şuşa” sözünü işlədən siyasətçi və deputatlara çox sərt reaksiya verilirdi. Parlamentdə daimi komissiyalara üzvlər seçilərkən, bir də görürdün, deyirlər ki, filankəsi seçmək olmaz, o, bir dəfə “Şuşi” əvəzinə “Şuşa” deyib. Amma indi getdikcə kütlə və siyasi dairələr üçün belə şeylər adiləşir” - deyə keçmiş Qərbi Azərbaycan sakini olan sabiq deputat bildirib.  
 
“Görəsən, Ermənistandakı və xüsusən Zəngəzurdakı sadə ermənilərin özləri necə yanaşırlar Naxçıvana yolun açılmasına” sualını isə Maksim Musayev belə cavablandırıb:
 
“Bu günlərdə erməni telekanallarından birində Zəngəzurdakı 1929-cu ilədək Zəngilan rayonuna aid olmuş  Nüvədi, eləcə də qonşu Aldərə kəndləri haqqında bir süjetə baxdım. Yadımdadır ki, 1988-1989-cu illərdə həmin kəndlərin köçürülməsi zamanı o vaxt Mərkəzi Komitənin katibi olan mərhum Musa Məmmədovla birgə oraya mən də getmişdim. Nüvədi camaatı vuruşurdu ki, biz çıxmırıq. Onda kolxoz sədri kənddə 1000 nəfərdən çox, 300-dən çox ailəlik azərbaycanlı əhali olduğunu bildirmişdi.  Ancaq indi o kəndin erməni icra nümayəndəsi jurnalistlərə bildirdi ki, Nüvədidə cəmi 143 erməni  məskunlaşıb. Qonşuluqdakı  Aldərədə isə bircə ailə yaşayır.  Jurnalist həmin ailənin nümayəndəsindən soruşur ki, əvvəl burada kimlər yaşayıb. Cavab verir ki, azərbaycanlılar.  Deyir, bəs bundan sonra azərbaycanlılar yenə qayıda bilərmi buraya.  Erməni kəndli cavab verir ki,  özümün, dədə-babalarımın şahidi olduğumuza görə, son 100 ildə Aldərədən azərbaycanlılar 4 dəfə çıxarılıb, 4 dəfə də geri qayıdıblar. Belə gedəcəksə,  yəqin ki, 5-ci dəfə də qayıdacaqlar... 
Hökumətə yaxın media sanki erməniləri dolayısıyla azərbaycanlıların geri dönmə ehtimalı üçün hazırlayır... 
Megrinin  keçmiş dəmiryolu stansıyasında reportajdan bəlli oldu ki, orada bircə ədəd köhnə vaqon və bir neçə plakat  qalıb. Stansiyanın binasında da bir erməni yaşayır. Dəmir yolu xəttindən əsər-əlamət qalmayıb. Zəngilan tərəfdən Naxçıvanadək hamısı sökülüb. Məlum oldu ki, vaxtilə ətraf ərazidə yaşayan ermənilərdən cəmi 30 faizə yaxını qalıb. İş yeri olmadığından əksəriyyəti köçüb.  Sakinlərin sözlərinə görə, 1990-cı illərdə hərbçilər dəmir yolunun rels və şpallarını söküb harasa daşıyıblar. Deyiblər ki, prezidentin tapşırığıyla sökülür... 
 
Bir sözlə, belə nəticəyə gəlmək olur ki, Ermənistanın hazırkı hökuməti sadə erməni camaatını psixoloji cəhətdən Zəngəzur dəhlizinin açılması və s. ilə bağlı yeniliklərə hazırlayırlar... Onlara dolayısıyla anladırlar ki, artıq belə yaşamaq olmaz, qonşularla normal dolanıb inkişaf etmək lazımdır” – deyə sabiq parlament üzvü vurğulayıb.
 
Sultan Laçın
 
Oxşar xəbərlər
21:00, Bu gün
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
20:58, Bu gün
Almaniya Ukrayna üzərində Rusiya raketlərini vura bilər?
20:57, Bu gün
Limonun üzərinə qaynar su tökün – Faydalı MƏSLƏHƏT
20:38, Bu gün
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
20:37, Bu gün
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
20:24, Bu gün
Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan Regionlararası Forumunda iştirak edib
20:23, Bu gün
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
20:22, Bu gün
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
20:21, Bu gün
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 8 şübhəli həbs olunub
20:01, Bu gün
Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya...” adlı kitabı işıq üzü gördü
19:49, Bu gün
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
19:45, Bu gün
11 qadını zorlayıb öldürən manyak MƏHKƏMƏDƏ
19:35, Bu gün
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
19:27, Bu gün
Almaniya kansleri İrana başsağlığı verib
18:51, Bu gün
Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə dəhşətli partlayış - VİDEO
18:40, Bu gün
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
18:34, Bu gün
Zahid Oruc: ”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti..”
18:27, Bu gün
Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
18:18, Bu gün
“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
18:16, Bu gün
Nigar Camalın qızı çempion oldu
18:14, Bu gün
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
18:12, Bu gün
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
18:08, Bu gün
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi
18:04, Bu gün
Hacıqabulda məktəbli qız qızılcadan öldü
17:59, Bu gün
Bakıda narkokuryer tutuldu - VİDEO
17:56, Bu gün
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
17:54, Bu gün
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
17:50, Bu gün
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
17:47, Bu gün
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
17:45, Bu gün
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
17:38, Bu gün
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
17:35, Bu gün
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
17:30, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
17:25, Bu gün
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
17:22, Bu gün
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
17:20, Bu gün
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
17:15, Bu gün
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
17:13, Bu gün
“Evdə bir yerdə olanda dava düşür”
17:05, Bu gün
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
17:00, Bu gün
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
16:56, Bu gün
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
16:54, Bu gün
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
16:46, Bu gün
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
16:44, Bu gün
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
16:42, Bu gün
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
16:40, Bu gün
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
16:37, Bu gün
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
16:35, Bu gün
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
16:28, Bu gün
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
16:22, Bu gün
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
16:16, Bu gün
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
16:09, Bu gün
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
16:04, Bu gün
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
16:02, Bu gün
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
15:58, Bu gün
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
15:52, Bu gün
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
15:46, Bu gün
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:41, Bu gün
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
15:35, Bu gün
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
15:30, Bu gün
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
15:25, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
15:20, Bu gün
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
15:15, Bu gün
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
15:10, Bu gün
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
15:05, Bu gün
Əziz Orucovun həbs müddəti uzadıldı
15:00, Bu gün
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
14:56, Bu gün
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
14:52, Bu gün
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
14:48, Bu gün
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
14:44, Bu gün
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
14:40, Bu gün
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
14:36, Bu gün
"International Policy Digest": Sülhməramlıların Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər
14:30, Bu gün
Bakıda 62 illik körpüdən geriyə qalanlar - FOTO/VİDEO
14:26, Bu gün
Məşhur aktrisa Skarlett Yohansson süni intellekti oğurluqda günahlandırdı
14:25, Bu gün
Samir Ağabalayev aparat rəhbəri TƏYİN OLUNDU
14:20, Bu gün
”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti...” - Zahid Orucdan SENSASİON AÇIQLAMA
14:14, Bu gün
Dini cərəyana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... – TƏFƏRRÜAT
14:09, Bu gün
Vətən müharibəsi şəhidinin 29 ildən sonra bacısı dünyaya gəldi
14:08, Bu gün
Zaqatalada məktəb və bağça birgünlük bağlandı
14:06, Bu gün
Oğlu Karlo Ançelottini yarı yolda qoyacaq?
14:05, Bu gün
"Rusiya Xarkova hücum etməklə açıq-aşkar müharibəni kəskinləşdirib" - Viktoriya Nuland
14:03, Bu gün
76 yaşındakı kainat gözəlinin HEKAYƏSİ: 30 yaşında görünür...
14:01, Bu gün
Çay diabet riskini azalda bilər: Belə içsəniz...
14:00, Bu gün
“Polis üçün kolleclər yaradılmalı və orada iki illik tədris keçirilməlidir” - Qüdrət Həsənquliyev
13:58, Bu gün
Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşdi
13:53, Bu gün
Nasist Almaniyasının qaçılmaz məğlubiyyəti – Hitler Vermaxt generallarının peşəkarlığına güvənməyib
13:48, Bu gün
Prezident İlham Əliyev Rəisi ilə son görüşündən DANIŞDI
13:47, Bu gün
Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB
13:46, Bu gün
Suriya prezidentinin həyat yoldaşında ölümcül xəstəlik aşkarlandı
13:40, Bu gün
Prezident İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - YENİLƏNİB + FOTO
13:37, Bu gün
Rusiyanın agenti sayılan keşiş Qarabağ separatçılarını da qızışdırmağa başladı...-VİDEO
13:36, Bu gün
Milli Məclisdə İranda baş verən helikopter qəzası ilə bağlı bir dəqiqəlik sükut...
13:32, Bu gün
COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqləndi
13:28, Bu gün
Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldı, narkotik qəbul etdiyi məlum oldu
13:24, Bu gün
Şuşada daha bir beynəlxalq festival keçiriləcək
13:21, Bu gün
Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub - FOTOLAR
13:17, Bu gün
“Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm” – VİDEO
13:15, Bu gün
Türkiyə bu ölkə üçün viza rejimini asanlaşdırdı - Yeni qayda
13:12, Bu gün
Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun
13:10, Bu gün
Bu məşhur istirahət mərkəzində turistlərə SƏRT QAYDALAR
GÜNLÜK
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
12:19, Bu gün
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
08:00, Bu gün
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
20 May 2024 | 21:49
Pakistandan Türkiyəyə maraqlı təklif
20 May 2024 | 21:55
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
20 May 2024 | 21:50
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
20 May 2024 | 22:44
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
20 May 2024 | 22:01
Türkiyədə milli matəm elan edildi
20 May 2024 | 22:42
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
AYLIQ
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
12:19, Bu gün
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
08:00, Bu gün
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
20 May 2024 | 21:49
Pakistandan Türkiyəyə maraqlı təklif
20 May 2024 | 21:55
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
20 May 2024 | 21:50
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
20 May 2024 | 22:44
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
20 May 2024 | 22:01
Türkiyədə milli matəm elan edildi
20 May 2024 | 22:42
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO