Bizi sosial şəbəkələrdən izləyin:
“Bu Azərbaycan üçün sadəcə tədbir deyil. WUF13-ə ev sahibliyi etmək bizim vizyonumuzu əks etdirir”.
Moderator.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı brifinqdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçiriıir:
“Biz digər ölkələrin təcrübəsini öyrənmək istəyirik. Forumda ölkələr praktiki həll yollarını təqdim edirlər. Builki sessiyanın əsas fərqləndirici cəhət odur ki, dövlət və hökumət başçıları şəhərləri müzakirə edəcəklər. WUF13 mükafatının təsis edilməsini də xüsusi vurğulamaq lazımdır. Praktiki nəticələrin həll olunacağına, gözəl miras qoyulacağına əminik”, deyə komitə sədri bildirib.