Prezident İlham Əliyev Nazirlət Kabinetinin toplantısında iqtisadi müstəvidəki bir sıra problemlərə toxunub, inhisarçılıq, azad sahibkarlığın boğulması və s. kimi hallara diqqət çəkib. İ.Əliyev sahibkarlığın inkişafına mane olan dövlət yetkililərinə xəbərdarlıq edərək onları bu cür addımlardan çəkinməyə çağırıb.
Maraqlıdır, prezidentin
bu xəbərdarlığından sonra iqtisadi müstəvidə vəziyyətin dəyişməsinə şahid olmaq
mümkün olacaqmı?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov ölkə başçısının xəbərdarlığından
nəticə çıxartmağın vacibliyinə toxunub:
“Təbii ki, inhisarçılıq
da, korrupsiya da da yalnız Azərbaycan cəmiyyətində deyil, bütün dövlət və cəmiyyətlərdə
özünü büruzə verən hallardır. Lakin Azərbaycanda ölkə başçısı bu kimi hallarla
bağlı öz qəti mövqeyini ortaya qoyub və onun həlli istiqamətində sistemli
addımlar atır. 6 ayın yekunları ilə bağlı keçirilən toplantıda da ölkə başçısı
iqtisadi sferadakı problemlərdən bəhs etmiş, neqativ hallara yol verən məmurlara
sərt şəkildə xəbərdarlıq etçmişdir. 9 ayın yekunları ilə bağlı keçirilən tədbirdə
də ölkə başçısı yenə də öz mövqeyini ortaya qoydu və sahibkarlığın inkişafına
mane olan, bu yolda süni problem yaradan şəxslərə xəbərdarlıq etdi. Həmin
toplantıda hər şey öz adı ilə çağırıldı, heç bir problemin üstündən sükutla
keçilmədi. Hesab edirəm ki, bu problemlərə səbəb olan və ya onun həllini məqsədli
şəkildə yubadan şəxslər ölkə başçısının bu xəbərdarlığından lazımi nəticələr
çıxartmalıdır. Çünki bu, cənab prezidentin son bir ildə onlara üçüncü, dördüncü
xəbərdarlığıdır. Əgər onlar bu xəbərdarlıqlardan nəticə çıxartmasalar, o zaman
bunun nəticəsinə də qatlaşmalı olacaqlar. Cənab prezidentin xəbərdarlığından nəticə
çıxartmayanların cəzalandırılması mütləqdir.
Bunu qeyd etmək lazımdır
ki, ölkə başçısının səsləndirdiyi bütün tənqidir qeydlər dövlətimizin, cəmiyyətimizin
inkişafına xidmət edir və fikirlərdən ciddi nəticə çıxartmaq lazımdır”.
Seymur Əliyev