Azərbaycan millisi Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb - FOTO
226
12:54, Bu gün

Azərbaycan millisi Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb - FOTO

Azərbaycanın 12 yaşadək basketbolçulardan ibarət millisi Kutaisidə Gela Darsadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qələbələrlə başlayıb.
 
Moderator.az Azərbaycan basketbol Federasiyasına istinadən xəbər verir ki, komanda ilk oyunda Gürcüstanın "Telavi" komandasını 55:21 hesabı ilə üstələyib.
 
Milli daha sonra Estoniya təmsilçisi "Tal Teç"i 47:39 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, turnirdə "Tal Teç" (Estoniya), "KKS Basket" (Polşa), "Almaty Legion" (Qazaxıstan), "Batumi", "Telavi" və "Basco 2019" (hamısı Gürcüstan) komandaları iştirak edirlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər