Xalq rəssamı 100 yaşın bir addımlığında: “Gənclərdən yeni nələrsə öyrənirik” - FOTO+ÖZƏL
450
12:05, Bu gün

Xalq rəssamı 100 yaşın bir addımlığında: “Gənclərdən yeni nələrsə öyrənirik” - FOTO+ÖZƏL

“Azərbaycanda son illərdə mədəniyyətin rəngkarlıq, heykəltaraşlıq, memarlıq və digər sahələrində böyük irəliləyişlər var. Tez-tez festivallar, açılışlar, mədəniyyət günləri keçirilir. Bu həqiqətən də mədəniyyətimiz üçün böyük töhfədir. Mən də açılışlara dəvət alıram və böyük məmnuniyyətlə gedirəm. Biz də baxırıq, sevinirik və gənclərimizlə qürur duyuruq. Bəzən onlardan yeni nələrsə də öyrənirik. İncəsənət sahəsində kontakt, əlaqə əsasdır”.
 
Bunu Moderator.az-a özəl açıqlamasında Xalq rəssamı Ömər Eldarov deyib.
O daha sonra Azərbaycan xalçalarının qədim və müasir çeşidlərindən, xalçaçılıq sənətinə olan dövlət dəstəyindən danışıb:
“Azərbaycan xalçaları çox qədimdir. Tarixi bəlkə də min illiklərə gedib çıxır. Onu çox böyük əziyyətlərlə toxuyub başa çatdırırlar. İndi də bölgələrimizdə xalçalar toxunur. Bu işə maraq çoxdur. Xalçaçılıq sənəti yaşayır və hələ uzun illər boyu yaşayacaq. Bugünlərdə ölkəmizdə keçirilən xalça festivalı da bunu deməyə əsas verir ki, xalça bizim qədim incəsənət nümunəmizdir. Təşkilatçıların hər birinə öz təşəkkürümü bildirirəm”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər