139
15:12, Bu gün

"Mançester Siti" Pep Qvardiolanın klubdan gedəcəyini rəsmən AÇIQLADI - FOTO

"Mançester Siti" klubu Pep Qvardiolanın mövsümün sonunda komandadan ayrılacağını rəsmən elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında qeyd olunub:
 
"Pep Qvardiola "Mançester Siti"nin baş məşqçisi postunu bu yay tərk edəcək. 2016-cı ilin iyulundan komandaya rəhbərlik edən kataloniyalı on il ərzində fəaliyyəti ilə komandaya böyük təsir göstərib və 20 böyük kubok qazanmış biri kimi klubu tərk edəcək. Bu nəticə onu klubun tarixindəki ən uğurlu məşqçi edir".
 
Açıqlamada həmçinin qeyd olunub ki, Qvardiola klubun baş məşqçisi postunu tərk etsə də, "City Football Group"la əməkdaşlığı davam etdirəcək və qlobal səfir vəzifəsini tutacaq. Bu vəzifə çərçivəsində qrupa daxil olan komandalara texniki məsləhətlər verəcək və konkret layihələr üzərində işləyəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər