Rusiya iqtisadiyyatı mənfi zonaya düşdü: ilk geriləmə qeydə alındı -
204
13:52, Bu gün

Rusiya iqtisadiyyatı mənfi zonaya düşdü: ilk geriləmə qeydə alındı - "Bloomberg"

 
Müharibə xərcləri, yüksək faiz dərəcələri və büdcə kəsiri Kremlin iqtisadi artım planlarını sarsıdır...
 
Rusiya iqtisadiyyatı 2026-cı ildə ilk dəfə geriləmə nümayiş etdirib. Bu, Ukraynaya qarşı müharibə fonunda Kremlin iqtisadi sabitlik planlarına ciddi zərbə vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Kreml səbəbləri izah etməyə çalışır
Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, ilin ilk üç ayında ölkənin ümumi daxili məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalıb. Bu, 2023-cü ilin əvvəlindən bəri qeydə alınan ilk iqtisadi daralma hesab olunur. Məlumata görə, iqtisadi geriləmə Rusiyada resessiya təhlükəsi ilə bağlı narahatlıqları artırıb. 
 
Bunun əsas səbəbləri kimi müharibə xərcləri, bahalı kreditlər və zəifləyən biznes aktivliyi göstərilir. Rusiya prezidenti Vladimir Putin isə mart ayında iqtisadiyyatın guya 1,8 faiz artdığını iddia edib və bunu hökumətin əvvəlki tədbirləri ilə əlaqələndirib.
 
Rusiya Mərkəzi Bankı isə geriləmənin qismən texniki səbəblərlə bağlı olduğunu bildirir. Tənzimləyicinin fikrincə, yanvar və fevral aylarında iş günlərinin az olması ÜDM-in illik artım tempini təxminən yarım faiz aşağı salıb. Bundan başqa, sərt qış şəraiti tikinti sektorunun fəaliyyətinə mənfi təsir göstərib.
 
İqtisadi artım proqnozu kəskin aşağı salındı
 
Rusiya İqtisadiyyat Nazirliyi artıq 2026-cı il üzrə iqtisadi artım proqnozunu 1,3 faizdən 0,4 faizə endirib. Eyni zamanda, aprel ayında ölkənin büdcə kəsiri rekord həddə çatıb və ilk dörd ay üzrə göstərici artıq bütün il üçün nəzərdə tutulan planı üstələyib.
 
Bu vəziyyət Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı ətrafındakı risklər fonunda neft gəlirlərinin artmasına baxmayaraq yaranıb. "Bloomberg" qeyd edir ki, neftdən əldə olunan əlavə gəlirlər belə Rusiya iqtisadiyyatını durğunluqdan çıxarmağa yetməyə bilər.
 
Rusiya maliyyə naziri Anton Siluanov daha əvvəl bəyan edib ki, neftin bahalaşması büdcəyə əlavə 200 milyard rubl qazandıracaq. Lakin onun sözlərinə görə, mart və aprel aylarında eyni həcmdə gəlir itkisi yarandığından bu vəsait vəziyyəti ciddi dəyişmir.
Yüksək faiz dərəcələri iqtisadiyyatı boğur
 
Rusiya iqtisadiyyatında yavaşlama ötən ildən başlayıb. 2024-cü ilin oktyabrında Mərkəzi Bank əsas faiz dərəcəsini rekord 21 faizə qaldırmışdı. Məqsəd müharibə səbəbindən sürətlənən inflyasiyanı cilovlamaq idi. Son aylarda faiz dərəcəsi mərhələli şəkildə azaldılsa da, hazırkı 14,5 faizlik səviyyə hələ də həm biznes, həm də əhali üçün ağır yük sayılır.
 
Bununla yanaşı, pərakəndə ticarətdə mart ayında müəyyən canlanma müşahidə olunub və artım tempi 6 faizi keçib. Lakin ekspertlər hesab edir ki, bu göstəricilər Rusiya iqtisadiyyatındakı ümumi durğunluğu dəyişmək üçün kifayət deyil.
 
Bu arada Rusiya Federal Antiinhisar Xidməti analitikləri qiymət artımı ilə bağlı açıq proqnozlar verməkdən çəkinməyə çağırıb. Qurum hesab edir ki, belə açıqlamalar bazarda əlavə bahalaşma və süni tələbat yarada bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər