“Çoban həkimə görə böyrəyimi itirdim, ailəm donor oldu” -məhkəmədə qalib olan müğənni həkimdən TƏZMİNAT aldı -ÖZƏL
452
09:15, Bu gün

“Çoban həkimə görə böyrəyimi itirdim, ailəm donor oldu” -məhkəmədə qalib olan müğənni həkimdən TƏZMİNAT aldı -ÖZƏL

“İdris Cəfərovun haqqımda açıqladığı mövzu 2018-ci ildə baş verib. Bir Allah bilir ki, mən nələrdən keçdim?! Həkim ödümü çıxaranda qaraciyərimi zədələmişdi. Bu səhlənkarlığın  ucbatından böyrəyimi transplantasiya etdilər. Ailə üzvlərimdən biri böyrəyini mənə verdi. Bir çoban həkimin səhvi ucbatından ömrümü çürütdüm. 12 saatdan bir mən dərman atıram. Demək olar ki, ölənə qədər dərman atmalıyam”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nazim Pişyari deyib.
 
O daha sonra əlavə edib:
“Həkimi məhkəməyə verdim, qalib gəlib təzminatımı aldım. Bu hadisə məndə Azərbaycandakı həkimlərə qarşı nifrət oyandırmadı. Mən deyə bilmərəm ki, Azərbaycanda yaxşı həkim yoxdur. Xeyr, yaxşı həkimlər var. Onlara mən inanıram və özümü etibar edə bilərəm. Sadəcə o həkimlərin sayı azdır. “Butafornu” həkimlərimiz çoxdur. Hansılar ki, o vaxt sosial verilişlərdə çıxıb özlərini reklam etdilər, camaat da qaçdı onların üstünə. Hələ də yalnış əməliyyat edənlər, yalnış diaqnoz qoyan həkimlər var. Qurunun oduna yaş da yanır. Onların ucbatından savadlı həkimlərimiz əziyyət çəkir. Çürük insanlar bütün sahələrdə var. Musiqimizdə də, teatr sahəsində də, jurnalistika sahəsində də. Guya sizin sahənizdə yoxdur? Bu dəqiqə yerindən duran deyir ki, mən jurnalistəm”.
 
Nazim Pişyari ağır xəstəlik dövründə ona dəstək olan insanlardan, xüsusilə də ailəsindən danışıb:
 
“Bu bir sınaq idi. Mən hesab edirəm ki, Allah o illərdə məni sınağa çəkdi. Təsəvvür etməzsiz ki, mənim telefonlarım susmadı. Azərbaycanın bölgələrindən, xarici ölkələrdən zənglər edib, ürək-dirək verirdilər. Əlbəttə ki, sağalmağımda bütün bunların stimulu oldu. Xəstəxanada kitab oxuyurdum, sənəti yadımdan çıxartmırdım. Ailəmin dəstəyi çox önəmli idi. Elə bir proqram qurmuşdum ki, hər günü bir sənətkarımıza həsr edib, yutub sosial platformasından onun mahnılarını dinləyirdik. Xəstəliyi də pozitiv qarşılamaq lazımdır. Getsin o günlər daha gəlməsin. Allaha şükürlər olsun”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər