Kirayə müqaviləsi bağlamayanlar 300 AZN cərimələnir - Ekspertdən sərt açıqlama
1057
08:50, Bu gün

Kirayə müqaviləsi bağlamayanlar 300 AZN cərimələnir - Ekspertdən sərt açıqlama

Kirayə bazarında uzun illərdir mövcud olan qeyri-rəsmi münasibətlərə son qoymaq, bütün kirayə əməliyyatlarını rəsmi müqavilələr çərçivəsinə salmaq və vergi uçotunu gücləndirməkdir üçün tətbiq olunan inzibati cərimələr artırılıb. Əvvəllər bu qaydanın pozulmasına görə 30 manat cərimə tətbiq edilirdisə, yeni qaydalara əsasən həmin məbləğ 300 manata qədər yüksəldilir.
 
Əmlak eksperti Elnur Fərzəliyev Moderator.az-a açıqlamasında bildirib ki, bir çoxları müqavilə bağlamaqdan imtina edir:
“Cərimə bu ildən artıb. Bu doğru qərar deyil. Əslində cərimələnən mənzil sahibi olmalıdır, kirayə qalan yox. Biz baxsaq xarici ölkələrdəki kimi heç kim kirayə müqaviləsi bağlayıb, uzun müddət qalmır. Qalır, 1-2 aydan sonra çıxır. Hansı ki, kirayə müqaviləsinin notarial qiyməti təqribən 150 manata yaxın məbləğ edir. Adam hər kirayə qalanla da bu müqaviləni bağlaya bilmir. Kirayə qalanlar qaldıqları evdə qeydiyyata düşməlidir. Mənzil sahibləri heç bir halda kirayə qalanı qeydiyyata salmırlar. Sabah ev satılsa. İpoteka qoyulsa və sökülsə onların razılığı lazım olur. Razılıq verməyəndə isə artıq iş məhkəməyə gedir. Qanunlarda bu cür boşluqlar var. Xüsusilə də müvəqqəti qeydiyyatla bağlıdır.. Ona görə də insanlar bu müqaviləni bağlamaqdan qorxurlar, ehtiyyat edirlər”.
 
Elnur Fərzəliyev bildirib ki, müqavilə bağlanmadıqda tərəflər arasında yaranan problemlər qanun çərçivəsində həllini tapa bilmir:
 
“Kirayə verən tərəf evdə olan əşyaların hansınasa xələl yetirildiyi təqdirdə, ona dəyəcək ziyanın ödənilməsini məhkəmədə tələb edə bilər. Yaxud gələcəkdə həmin şəxsin kirayə məbləğini ödəmədikdə məhkəməyə müraciət edib, həmin məbləği tələb edə bilər. Kirayə qalan üçün də bu üstünlüklər ondan ibarətdir ki, müqavilə müddətində kirayə verən şəxs onu istədiyi vaxtda evdən çıxarmaq hüququna malik olmur. Kirayədə qalanların əksəriyyəti ya tələbələrdir, ya da bölgələrdən iş dalınca gələnlər. Bakıda elə ərazilər var ki, oradakı fərdi yaşayış yerlərinin çıxarışı yoxdur. Çıxarışı olmayan evləri kirayəyə verəndə notarial qaydada müqavilə bağlamaq olmur. Sənəd olmayandan sonra müqavilə necə rəsmi bağlana, vergi ödənilə bilər ki?”, - deyə ekspert bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər