Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş
514
16:15, Bu gün

Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş "Azərbaycan memarlıq irsinin dühası" kitabının təqdimatı keçirilib - FOTO

8 May 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli memar Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi və Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında müvafiq Sərəncamlarına əsasən keçirilmişdir.
 
Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova iki gündən sonra anadan olmasının növbəti ildönümü qeyd ediləcək Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin “Türk dövlətləri arasında əməkdaşlıq nə qədər güclü olarsa, xalqlarımız da bir o qədər güclü olar” kəlamını xatırladıb.
 
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən layihələr, o cümlədən təqdim olunan bu nəşr məhz həmin ideyaya – türk xalqlarının ortaq mədəni dəyərlər ətrafında daha sıx birləşməsinə xidmət etdiyini bildirib.
 
Fondun prezidentinin sözlərinə görə, 2025-ci il dekabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilən Türk Dilləri Ailəsi Günü çərçivəsində Əcəmi Naxçıvaninin 900 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Tədbir zamanı sözügedən kitabın təqdimatı keçirilib, eyni zamanda, dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil edilib.
 
O, layihənin həyata keçirilməsində Azərbaycan Memarlar İttifaqının və nəşrin hazırlanmasında əməyi keçən hər kəsin xüsusi rolunu qeyd edərək onlara təşəkkürünü bildirib.
 
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açılış nitqlərinə davam edərək bildirib ki, Əcəmi Naxçıvani Azərbaycan memarlığında Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş ən görkəmli memarlardan biridir.
 
Sonra Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin videomüraciəti nümayiş olunub.
 
Tədbir çərçivəsində çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova, “Azərbaycan memarlıq irsinin dühası” kitabının müəllifi, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva nəşrin elmi və bədii əhəmiyyətinə toxunublar.
 
Tədbir bədii hissə ilə davam edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər