Bu kənddə gizli tunellər aşkarlandı - Deyilənlər düz imiş... - ŞOK GÖRÜNTÜLƏR
265
10:36, Bu gün

Bu kənddə gizli tunellər aşkarlandı - Deyilənlər düz imiş... - ŞOK GÖRÜNTÜLƏR

İngiltərənin Oxfordşir bölgəsində yerləşən kiçik Bloxham kəndində illərdir danışılan sirli tunel hekayələrinin doğru olduğu məlum olub.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, yerli sakinlərin uzun müddət “şəhər əfsanəsi” saydığı yeraltı keçidlər təsadüf nəticəsində aşkarlanıb.
 
Araşdırmalara görə, kənddə bəzi evlərin və bağların altında bir-biri ilə əlaqəli qədim tunel şəbəkəsi yerləşir. Kəşf yerli tədqiqat qrupu tərəfindən aparılan araşdırmalar zamanı ortaya çıxıb. Yaşlı sakinlərin illərdir danışdığı gizli keçid hekayələrini araşdıran qrup əvvəlcə yeraltına açılan giriş tapıb, daha sonra isə tunellərin geniş şəbəkə yaratdığı müəyyən edilib.
 
Ən böyük tunel isə 2026-cı ilin mart ayında tamamilə təsadüfən aşkar olunub. Bir evin qarajı üçün aparılan qazıntı zamanı torpaq çöküb və böyük yeraltı keçid üzə çıxıb. Tədqiqatçılar bildirirlər ki, yeni tapılan hissə indiyə qədər aşkarlanan ən iri tunellərdən biridir. Bəzi keçidlərin uzunluğunun 40 metri keçdiyi qeyd olunur.
 
Hazırda mütəxəssislər tunellərin hansı məqsədlə istifadə edildiyini araşdırırlar. Ehtimallara görə, keçidlər qədim dövrlərdə gizli sığınacaq və ya müdafiə məqsədilə inşa edilmiş ola bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər